Polşada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi fəaliyyət göstərəcək

Polşada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi fəaliyyət göstərəcək Səs vermək istəyən Polşa vətəndaşları səfirlikdə qeydiyyatdan keçməlidir
Xarici siyasət
22 Aprel , 2015 11:53
Polşada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi fəaliyyət göstərəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanda yaşayan Polşa vətəndaşları mayın 10-da keçiriləcək prezident seçkilərində iştirak edə biləcəklər. 

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, seçki məntəqəsi səhər saat 7.00-dan axşam saat 9-dək səfirliyin binasında fəaliyyət göstərəcək (Kiçik Qala küçəsi, 2).

Səfirlikdən həmçinin qeyd ediblər ki, Azərbaycanda yaşayan və seçkilərdə iştirak etmək istəyən Polşa vətəndaşları səfirlikdə qeydiyyatdan keçməlidir. 

Qeyd edək ki, prezident kürsüsü uğrunda ölkənin hazırkı prezidenti Bronislav Komorovski də daxil olmaqla, 11 namizəd mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi