Polşa XİN rəhbəri: Şərq Tərəfdaşlığı müvəffəqiyyətsizliyə uğrayıb

Polşa XİN rəhbəri: Şərq Tərəfdaşlığı müvəffəqiyyətsizliyə uğrayıb "Şərq Tərəfdaşlığının formatı yalnız illüziya yaradıb, lakin Aİ-yə üzv olmağın real perspektivlərini verməyib"
Xarici siyasət
30 Yanvar , 2016 10:35
Polşa XİN rəhbəri: Şərq Tərəfdaşlığı müvəffəqiyyətsizliyə uğrayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramı tamamilə müvəffəqiyyətsizliyə uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Radio Polşa"ya müsahibəsində Polşanın xarici işlər naziri Vitold Vaşikovski bildirib. 

Bununla əlaqədar Polşa hökuməti bu konsepsiyanı rədd edib. 

Nazirin sözlərinə görə, Şərq Tərəfdaşlığının formatı yalnız illüziya yaradıb, lakin Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukrayna kimi ölkələr üçün Avropa İttifaqına üzv olmağın real perspektivlərini verməyib 

Vaşikovski hesab edir ki, "Şərq Tərəfdaşlığı" çərçivəsində fəaliyyət göstərən Polşa kabinetinin əvvəlki siyasəti fəlakətlə başa çatıb, çünki Ukraynada Evromaydan onu sual altına qoyub.

Aİ-nin altı şərq qonşuları - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmağa yönələn "Şərq Tərəfdaşlığı" proqramı  2009-cu ildə başlayıb. Onun təşəbbüskarlarından biri Polşa olub. 

Son xəbərlər

Orphus sistemi