Polşa XİN başçısı: "Azərbaycan regionda bizim üçün mühüm ölkədir" - ƏLAVƏ OLUNUB

Polşa XİN başçısı: "Azərbaycan regionda bizim üçün mühüm ölkədir" - ƏLAVƏ OLUNUB Bakıda Azərbaycan və Polşa xarici işlər nazirlərinin görüşü keçirilib
Xarici siyasət
18 Oktyabr , 2017 13:22
Polşa XİN başçısı: Azərbaycan regionda bizim üçün mühüm ölkədir - ƏLAVƏ OLUNUB
Report/ Elshan Baba

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycanda rəsmi səfərdə olan Polşanın xarici işlər naziri Vitold Vaşikovski ilə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov arasında görüş keçirilir.

"Report" xəbər verir ki, nazirlər əvvəlcə təkbətək görüşüblər.

Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin, eləcə də aktual dünyəvi və regional məsələlərin müzakirə olunduğu görüş geniş formatda davam etdirilib.

***

Görüşdən sonra jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Polşa arasındakı əlaqələrin dərin köklərə malik olduğunu bildirib.

"Azərbaycan və Polşa arasında həm ikitərəfli səviyyədə, həm də NATO, Vışeqrad qrupu və Avropa İttifaqı səviyyəsində dərin əməkdaşlıq mövcuddur", - E.Məmmədyarov deyib.

O, Azərbaycanın toxunulmazlığı və ərazi bütövlüyünü dəstəkləyən Polşa tərəfinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyinə görə minnətdarlığını bildirib.

E.Məmmədyarov qeyd edib ki, gələn il Polşa prezidentinin Azərbaycana səfəri gözlənilir. "Hazırda səfər zamanı imzalanacaq sazişlər üzrə danışıqlar aparılır. Biz bu günə qədər 41 saziş imzalamışıq", - Azərbaycan XİN başçısı vurğulayıb.

Polşanın xarici işlər naziri Vitold Vaşikovski deyib: "25 illik intensiv əməkdaşlığımız olub. Bu tarixi Prezident İlham Əliyevin bu il Polşaya səfəri ilə qeyd etdik. Gələn il Polşa prezidentinin Azərbaycana səfərini gözləyirik. Azərbaycan regionda, həmçinin enerji ehtiyatları təchizatçısı kimi bizim üçün mühüm ölkədir".

Son xəbərlər

Orphus sistemi