Polşa "Şərq Tərəfdaşlığı" proqramını canlandırmaq niyyətindədir

Polşa "Şərq Tərəfdaşlığı" proqramını canlandırmaq niyyətindədir Nazir müavini: "İştirakçı ölkələrə müxtəlif yanaşma təklif edilərsə, "Şərq Tərəfdaşlığı" fəaliyyət göstərəcək"
Xarici siyasət
2 Fevral , 2017 12:25
Polşa Şərq Tərəfdaşlığı proqramını canlandırmaq niyyətindədir

Bakı. 2 fevral. REPORT.AZ/ "Polşa Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramını yenidən canlandırmaq ümidi ilə Belarusla əlaqələri yaxşılaşdırmaq niyyətindədir".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Kjiştof Şimanski deyib.

O qeyd edib ki, proqramın iştirakçı olan ölkələrə müxtəlif yanaşma təklif edilərsə, "Şərq Tərəfdaşlığı"nın fəaliyyət göstərməsi mümkün olacaq. 

Qeyd edək ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Proqramın təşəbbüskarları Polşa və İsveç olub.

Son xəbərlər

Orphus sistemi