Yuxarı

Polşa baş nazirinin müavini Azərbaycana gəlib

Sabah Bakıda Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Azərbaycana rəsmi səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri qarşılayıb. 

Y.Pexoçinski ilə birgə Azərbaycana polşalı iş adamlarından ibarət geniş nümayəndə heyəti gəlib. 

Səfərin əsas məqsədi Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 6-cı iclasında iştirak etməkdir. Azərbaycan tərəfindən komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir.

İclasda iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi