Politoloq Qərbin Azərbaycana münasibətinin dəyişməsinin səbəblərini açıqlayıb

Politoloq Qərbin Azərbaycana münasibətinin dəyişməsinin səbəblərini açıqlayıb “Qərb ölkələrinin Azərbaycana münasibəti tədricən dəyişir. Əlbəttə, bu, sevindiricir”.
Xarici siyasət
199
9 Mart , 2022 16:01
Politoloq Qərbin Azərbaycana münasibətinin dəyişməsinin səbəblərini açıqlayıb

“Qərb ölkələrinin Azərbaycana münasibəti tədricən dəyişir. Əlbəttə, bu, sevindirici haldır”.

Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

O söyləyib ki, Qərb ölkələrinin ritorikasını dəyişməyinin bir neçə səbəbi var: “Bunlardan ən başlıcası da Orta Asiyaya çıxış üçün Azərbaycanın geostrateji mövqeyidir. İkincisi, enerji layihələri də bu ritorikanın dəyişməyinin əsas səbəblərindəndir. Eyni zamanda təbii ehtiyatlarımız da Qərbin diqqətini çəkir. Rusiya ilə münasibətlərin indiki mərhələsində bu, çox prinsipial əhəmiyyətə malikdir. Münasibətlərimizin yeni mərhələsi həm Qərb, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir”.

Politoloqun fikrincə, münasibətlərin inkişafı Qarabağ ətrafındakı duruma da təsir edəcək: “Gələcəkdə, Qərbin Qarabağ məsələsi ilə bağlı da ritorikasının dəyişməyinin şahidi ola bilərik. Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fərqli ölkələr müxtəlif məqamlarda bizə dəstək verirlər. Fikrimcə, münasibətlərin daha da nizamlanması üçün geniş əməkdaşlığa ehtiyac olacaq. Amma bu, başa düşüləndir. Münasibətlərin birdən-birə dəyişməyini gözləmək doğru deyil. Əsas odur ki, müsbət impulslar var və bu, gələcəkdə də davam edəcək”.

Qeyd edək ki, son günlər Azərbaycan fəal diplomatik siyasət həyata keçirir. Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Elə həmin gün Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan telefonda danışıblar.

Martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyevə zəng edib.

Martın 3-də Moldova Prezidenti Maya Sandu ilə Azərbaycanın dövlət başçısı arasında telefon danışığı olub.

Martın 7-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidentinə məktub ünvanlayıb.

Martın 8-də İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Martın 9-da İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

Son xəbərlər

Orphus sistemi