​Politoloq: Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması Rusiyanın bu ölkəyə təsirini artıracaq

​Politoloq: Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması Rusiyanın bu ölkəyə təsirini artıracaq Konstantin Kalaçev: "Ermənistanın AİB-ə Dağlıq Qarabağsız daxil olması Azərbaycanın ərazi bütövlüyü problemini həll etmir"
Xarici siyasət
10 Dekabr , 2014 16:25
​Politoloq: Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması Rusiyanın bu ölkəyə təsirini artıracaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması Rusiyanın bu ölkəyə təsirini artıracaq. Bu barədə "Report"a müsahibəsində rusiyalı politoloq Konstantin Kalaçev Ermənistanın AİB-ə daxil olması haqqında müqavilənin Rusiya Dövlət Duması tərəfindən ratifikasiyası məsələsini şərh edərkən bildirib. 

"Avrasiya İqtisadi Birliyinin əsas məsələsi - üzv dövlətlərin iqtisadiyyatlarının sabit inkişafı üçün şəraitin yaradılması, mallar, xidmətlər, kapital və işçi qüvvəsinin vahid bazarının formalaşması, həmin ölkələrin milli iqtisadiyyatlarının rəqabət qabiliyyətinin artırılması və təkmilləşdirilməsidir. Ermənistan Rusiya, Qazaxıstan və Belarus bazarlarına sərbəst çıxış əldə edir, Rusiya Ermənistana öz iqtisadi və siyasi təsirini artırır", - K.Kalaçev deyib.

Onun sözlərinə görə, Qarabağ probleminin mövcudluğu həm Azərbaycan, həm də Ermənistan üçün Rusiya ilə münasibətlərdə maraqlı olmasını artırır: "Ermənistanın AİB-ə Dağlıq Qarabağsız daxil olması Azərbaycanın ərazi bütövlüyü problemini həll etmir".

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacağı təqdirdə, Ermənistanın xarici siyasi kursu Gürcüstandakından bir o qədər də fərqlənməyəcək və bu ölkədə Avropa tərəfdarları üstünlük təşkil edəcək. Rusiyaya da belə vəziyyət sərf etmir.

К.Каlaçev qeyd edib ki, Azərbaycan iqtisadi səbəblərdən dolayı özünü Avropa İttifaqı və Rusiya Federasiyası arasında seçim etmək niyyətində olmayan Türkiyə kimi aparacaq: "Azərbaycan Ermənistanı Rusiyanın müttəfiqi rolunda əvəz etməkdənsə, hər iki münasibətləri səmərəli şəkildə istifadə etmək niyyətindədir". 

Politoloq bildirib ki, qaz tədarükçüləri olan Rusiya və Azərbaycan xüsusilə "Cənub axını"nın ləğv edilməsindən sonra rəqibdilrər. 

"Rusiyanın silahı isə Azərbaycana Qarabağ probleminin onun xeyrinə həll olunmasına qədər lazımdır. Bu real siyasətdir. Ona görə də Rusiya Azərbaycanla tərəfdaşlığı və Ermənistanla ittifaqı seçib", - politoloq deyib. 

Son xəbərlər

Orphus sistemi