Politoloq: “Azərbaycanla münasibətlər Gürcüstan üçün əsas vektorlardan biridir”

Politoloq: “Azərbaycanla münasibətlər Gürcüstan üçün əsas vektorlardan biridir” “Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətlərə hər zaman çox böyük önəm verib”.
Xarici siyasət
23 oktyabr 2020 12:48
Politoloq: “Azərbaycanla münasibətlər Gürcüstan üçün əsas vektorlardan biridir”
Tengiz Txilava

“Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətlərə hər zaman çox böyük önəm verib”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında politoloq Tengiz Txilava deyib.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyətə hansı partiya və ya siyasi hərəkatın gəlməsindən asılı olmayaraq, Azərbaycanla əlaqələr mühüm əhəmiyyət kəsb etməkdə davam edəcək:

“Başqa cür ola da bilməz. Çünki Gürcüstan və Azərbaycan, ilk növbədə, qonşu ölkələrdir, ikinci növbədə isə dost və strateji tərəfdaşlardır. Ölkələr bir sıra birgə layihələr və biznes planlar reallaşdırır. İqtisadi əlaqələri başqa cür təsəvvür etmək mümkün deyil. Əminəm ki, Gürcüstan üçün Azərbaycanla münasibətlər gələcəkdə də ən əsas vektorlardan biri olacaq və qarşılıqlı faydalı əlaqələr daha da dərinləşəcək”.

Politoloq hər iki ölkənin bir-birinə bənzər olduğunu qeyd edib:

“Azərbaycan və Gürcüstan tarixən dini dözümlülük ilə də seçiliblər. Bu gün Dağlıq Qarabağdakı hərbi əməliyyatların “müsəlmanların xristianlara qarşı aqressiya”sı kimi təqdim olunmasına cəhdlər edilir. Bu məqamda Azərbaycan-Gürcüstan münasibətlərinə nəzər salmaq lazımdır. Müsəlman ölkə olan Azərbaycan xristian Gürcüstan dövləti ilə ümumi dil tapıb, dostluq və mehriban qonşuluq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, özlüyündə Azərbaycanın hər hansı dini müharibə aparması versiyasının kökündən yalan olduğunu sübut edir”.

Siyasi ekspert pandemiya və hərbi əməliyyatların aparılmasına baxmayaraq, Azərbaycanın Gürcüstana humanitar dəstəyini davam etdirməsini təqdirəlayiq adlandırıb:

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda humanitar və xeyriyyəçilik fəaliyyətini davam etdirir. Bu, Azərbaycan hakimiyyətinin Gürcüstanla münasibətlərə verdiyi böyük önəmdən irəli gəlir. Gələcəkdə Azərbaycanın dəstəyi ilə Gürcüstanda həyata keçiriləcək sosial xarakterli layihələrin daha da genişlənəcəyinə əminlik yaranıb”.

Son xəbərlər

Orphus sistemi