Politoloq: "Azərbaycan-Rusiya əməkdaşlığı yeni səviyyəyə qalxır"

Politoloq: "Azərbaycan-Rusiya əməkdaşlığı yeni səviyyəyə qalxır" "Azərbaycanla Rusiya arasında Müttəfiqlik Fəaliyyəti Bəyannaməsi iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq".
Xarici siyasət
22 Aprel , 2022 14:18
Politoloq: Azərbaycan-Rusiya əməkdaşlığı yeni səviyyəyə qalxır

"Azərbaycanla Rusiya arasında Müttəfiqlik Fəaliyyəti Bəyannaməsi iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Markov bildirib.

“Fevral ayının sonunda Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Fəıaliyyəti Bəyannaməsi iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaq. Ölkələrimizin prezidentləri dosdurlar. Ölkələr arasında diplomatik münasibətlərin 30 illiyidir, amma xalqlarımızın dostluğu əsrlərdir davam edir”,- o deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın bir-birinə zidd mövqedə olan ölkələrlə belə “heyrətamiz əlaqələndirmə” göstərən dahi liderlərindən biridir: “Prezident İlham Əliyev Azərbaycana möhtəşəm qələbələr bəxş etmiş, diplomatik uğurlar təmin edən dahi dövlət xadimidir”.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin Müttəfiqlik Fəaliyyəti Bəyannaməsi imzalayıblar. Bu sənəddə müxtəlif sahələrə dair 40-dan çox müddəa var.

Son xəbərlər

Orphus sistemi