Politoloq: "Azərbaycan hökuməti kadr islahatları ilə qeyri-neft sektorunun inkişafına təkan verəcək"

Politoloq: "Azərbaycan hökuməti kadr islahatları ilə qeyri-neft sektorunun inkişafına təkan verəcək" Azərbaycanda kadr islahatları, bütövlükdə iqtisadi, inzibati xarakterli bütün islahatlar, fikrimcə, ölkənin inkişafı və sabitliyi üçün çox vacibdir. Görürük ki, Azərbaycan vətəndaşları, müxtəlif sosial, ünvanlı qruplar və mətbuat bu addımı alqışlayır.
Xarici siyasət
26 Oktyabr , 2019 10:00
Politoloq: Azərbaycan hökuməti kadr islahatları ilə qeyri-neft sektorunun inkişafına təkan verəcək

"Azərbaycanda kadr islahatları, bütövlükdə iqtisadi, inzibati xarakterli bütün islahatlar, fikrimcə, ölkənin inkişafı və sabitliyi üçün çox vacibdir. Görürük ki, Azərbaycan vətəndaşları, müxtəlif sosial, ünvanlı qruplar və mətbuat bu addımı alqışlayır".

Bunu "Report"un Rusiya bürosuna xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert, "Avrasiya İdeyaları Emalatxanası" Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk Azərbaycan hökumətindəki mövcud kadr dəyişikliklərini şərh edərkən deyib.

Ekspert Qriqori Trofimçuk

"Azərbaycanın postsovet məkanında müxtəlif respublikaların məhz islahatlar çərçivəsində mövcud olan mənfi tendensiyalarını nəzərə alması çox düzgündür".

Григорий Трофимчук,

Эксперт Григорий Трофимчук

"Azərbaycanın postsovet məkanında müxtəlif respublikaların məhz islahatlar çərçivəsində mövcud olan mənfi tendensiyalarını nəzərə alması çox düzgündür. Azərbaycan kadr axtarışına, yeni mütəxəssislərin hansısa xidməti vəzifəyə və mövqeyə irəli sürülməsinə məsuliyyətlə yanaşır. Bütün bunlar təkan olmadan, təzyiq olmadan baş verir. Əvvəlcə kadrlar seçilir, yalnız bundan sonra tədricən bu və ya digər inzibati struktura daxil edilir. Düşünürəm ki, bu yanaşma müsbət qarşılanmalıdır", - o bildirib.

"Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatının inkişafına təkan vermək, onu daha da müasirləşdirmək və iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək və investisiyaların daha rasional axışını həyata keçirmək niyyətindədir".

Rusiyalı ekspert  Sergey Markov

"Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatının inkişafına təkan vermək, onu daha da müasirləşdirmək və iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək və investisiyaların daha rasional axışını həyata keçirmək niyyətindədir".

Sergey Markov

Sergey Markov

Bu fikri isə tanınmış rusiyalı ekspert, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov "Report"un Rusiya bürosuna bildirib.

"Ümumiyyətlə, Azərbaycanda investisiyalar çox səmərəli şəkildə həyata keçirilir. Azərbaycanı neft-qaz pullarının oğurlanmadığı, əksinə, ölkənin inkişafına yatırıldığı ölkə kimi hamıya nümunə göstərirəm. Kadrların cavanlaşmasına gəlincə, düşünürəm ki, həmişə gənclərin enerjisini, yaşlıların müdrikliyini və orta yaşlı insanların nizam-intizamınını birləşdirmək lazımdır", - Markov fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi