Yuxarı
    Bağlamaq

    Politoloq: "Almanıyanın qondarma "erməni soyqırımı"nı tanıması Türkiyə üçün hüquqi məsuliyyət yaratmır"

    Bu qanun layihəsinin qəbulunu qərəzli yanaşma adlandırsaq yanılmarıq

    Bakı. 3 iyun. REPORT.AZ/ Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanıması Türkiyə üçün heç bir hüquqi məsuliyyət yarada bilməz. Bunu “Report”a açıqlamasında politoloq Əli Qənbərli deyib.

    Politoloqun sözlərinə görə, bütün tarixi faktların inkar etdiyi bir məsələyə bundestaq səviyyəsində verilən qərar tarixi obyektivlik prinsiplərini özündə əks etdirmir: “Çünki "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada göstərildiyi kimi, Soyqırım- etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir ki, buna da əsaslanıb 1915-ci il hadisələrini heç vəchlə soyqırım adlandırmaq olmaz. Əslində, Almaniya kimi siyasi və iqtisadi reformların daim həyata keçirildiyi ölkənin bundestaqının bu cür qərar qəbul etməsi onun nüfuzuna, xüsusəndə siyasi reputasiyasına xələl gətirə bilər”.

    Əli Qənbərli qeyd edib ki, Almaniya bu qanun layihəsini qəbul etməklə bir növ Dağlıq Qarabağ probleminin həlli məsələsində də, tərəfli olduğunu nümayiş etdirmiş oldu: “Almaniya ən azından Minsk qrupunun üzvlərindən biri olaraq bu məsələni tarixçilərin ixtiyarına verməli idi. Digər tərəfdən, bu qanun layihəsinin qəbulunu qərəzli yanaşma adlandırsaq yanılmarıq. Məsələyə ədalət prinsipi nöqteyi-nəzərindən yanaşsaq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik soyqırım siyasətinin 1915-ci ildə baş vermiş hadisələrin yaşı qədər çox deyil, daha sonrakı tarixlərdə törədildiyini görə bilərik. Əgər, Almaniya həqiqət axtarışında olsaydı ermənilərin həyata keçirdiyi soyqırım və qırğınlarla bağlı qətnamə qəbul edərdi. Göründüyü kimi, burada ədalət və obyektivlikdən söhbət belə gedə bilməz”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi