Polad Bülbüloğlu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Polad Bülbüloğlu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb İyunun 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Xarici siyasət
4 İyun , 2019 19:46
Polad Bülbüloğlu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

İyunun 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT və onun ixtisaslaşmış qurumları arasında mövcud olan əməkdaşlıq, ölkəmizin beynəlxalq müstəvidə gündən-günə artan nüfuzu və rolu, beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

BMT rəsmisi Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra qısa müddət ərzində əldə etdiyi nailiyyətlər haqqında danışarkən Azərbaycanın yardım alan ölkədən tərəfdaş dövlətə çevrildiyini və dayanaqlı inkişafa nail olduğunu vurğulayıb.

Polad Bülbüloğlu bu müstəqilliyin və inkişafın asan əldə olunmadığını diqqətə çatdıraraq vurğulayıb ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Azərbaycan dövləti iflasa uğramaqdan qurtarılmış, dövlətçiliyin möhkəmləndirilməsi, sosial və iqtisadi inkişafın təmin edilməsinə nail olunmuşdur. Səfir ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq onun səbəbləri və nəticələri haqqında həmsöhbətinə ətraflı məlumat verib. O, Ermənistanın özündən qovulan və Azərbaycan ərazilərinin işğalı nəticəsində doğma yurdundan didərgin düşən 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini xüsusi vurğulayıb. Münaqişə ilə bağlı BMT çərçivəsində qəbul olunan və işğala son qoyulmasını tələb edən bir sıra qətnamələrə baxmayaraq, münaqişənin bu günə kimi həll olunmamasını təəssüflə qeyd edən səfir dünya birliyini beynəlxalq müstəvidə qanunun aliliyinin və ədalətin bərpa olunmasının təmin edilməsində səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi