Polad Bülbüloğlu: "Azərbaycan tarixən Rusiyanın ənənəvi ticarət tərəfdaşıdır"

Polad Bülbüloğlu: "Azərbaycan tarixən Rusiyanın ənənəvi ticarət tərəfdaşıdır" World Food Moscow sərgisi bu gün Moskva və Moskva vilayətinin siması oldu. Çox şadam ki, artıq üçüncü ildir Azərbaycan sərginin rəsmi tərəfdaşıdır və öz nailiyyətlərini və məhsullarını burada vahid milli stenddə təqdim edir.
Xarici siyasət
24 Sentyabr , 2019 15:23
Polad Bülbüloğlu: Azərbaycan tarixən Rusiyanın ənənəvi ticarət tərəfdaşıdır

"World Food Moscow" sərgisi bu gün Moskva və Moskva vilayətinin siması oldu. Çox şadam ki, artıq üçüncü ildir Azərbaycan sərginin rəsmi tərəfdaşıdır və öz nailiyyətlərini və məhsullarını burada vahid milli stenddə təqdim edir".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan qida məhsulları istehsalı sahəsində 34 aparıcı şirkət ilə təmsil olunur.

Səfir sərginin əla təşkili üçün hər kəsə təşəkkürünü bildirib və bunun şübhəsiz ki, çox səy və vaxt tələb etdiyini bildirib: “Bu gün bu sərgi dünyanın müxtəlif ölkələrindən və qitələrindən olan dünya istehsalçılarının görüşə, məhsullarını təqdim edə və əməkdaşlığı genişləndirə biləcəyi əsas platformalardan birinə çevrilib".

Polad Bülbüloğlu həmçinin "World Food Moscow" sərgisində iştirak edən Azərbaycan şirkətləri və təqdim olunan Azərbaycan məhsulları haqqında da məlumat verib və Azərbaycanın Rusiyanın ənənəvi ticarət tərəfdaşı olduğunu bildirib: "Azərbaycan Respublikası Rusiya Federasiyasının sabit, etibarlı və tarixən ənənəvi ticarət tərəfdaşlarından biridir. Digər sahələr kimi, iqtisadi əlaqələrimiz də çox dinamik inkişaf edir. 2018-ci ildə ticarət dövriyyəmiz 19%-dən çox, bu ilin ilk yeddi ayında isə 23%-dən çox artıb. Azərbaycan ixracını ənənəvi olaraq pomidor, xiyar, nar, xurma, qoz-fındıq, mürəbbə və s. təşkil edir. Son illərdə şərabçılıq uğurla inkişaf edir və bu, Azərbaycan şərablarının Rusiya bazarında əvvəlki populyarlığını qaytaracağını ümid etməyə imkan verir".

"Məhsullarımız bir çoxlarına tanışdır, tələbatlıdır və ən əsası, ekoloji cəhətdən təmizdir, dadlıdır, xeyirlidir. Bunu sərgiyə gələnlərin hamısı bu gün milli stendimizi ziyarət edərək görə bilərlər. Əminəm ki, məhsullarımıza heç kim laqeyd qalmayacaq", - deyə səfir fikrini yekunlaşdırıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi