Polad Bülbüloğlu: "Avrasiyanı türk mədəniyyəti olmadan təsəvvür etmək olmaz"

Polad Bülbüloğlu: "Avrasiyanı türk mədəniyyəti olmadan təsəvvür etmək olmaz" “TÜRKSOY tərəfindən ötən 27 il ərzində türkdilli ölkələrin özünəməxsus mədəniyyətini dəstəkləmək və inkişaf etdirməklə bağlı minlərlə layihə icra olunub. Belə müştərək layihələr türk xalqlarının mədəniyyətlərinin oxşarlığını, eyni kökdən gəldiyini bir daha ortaya qoyub”.
Xarici siyasət
9 Oktyabr , 2019 16:43
Polad Bülbüloğlu: Avrasiyanı türk mədəniyyəti olmadan təsəvvür etmək olmaz

“TÜRKSOY tərəfindən ötən 27 il ərzində türkdilli ölkələrin özünəməxsus mədəniyyətini dəstəkləmək və inkişaf etdirməklə bağlı minlərlə layihə icra olunub. Belə müştərək layihələr türk xalqlarının mədəniyyətlərinin oxşarlığını, eyni kökdən gəldiyini bir daha ortaya qoyub”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasında keçirilən “Avrasiya inteqrasiyasının Altay yolu” adlı dəyirmi masadakı nitqi zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

O, Rusiya parlamentində əvvəllər də Avrasiya inteqrasiyasına dair tədbirlərin, o cümlədən “Azərbaycanla Rusiya arasında mədəniyyət körpüləri” adlı dəyirmi masanın keçirildiyini xatırladıb: “Azərbaycanla Rusiya arasında hazırkı münasibətlərin konstruktiv və qarşılıqlı etimada söykənməsi bu baxımdan səciyyəvidir. Post-Sovet məkanı ölkələrinin siyasətində Avrasiya inteqrasiyası proseslərində Altay amilinin getdikcə daha çox büruzə verdiyini görürük. Belə ki, min illər boyu bir çox xalqlar üçün tarixi və mənəvi mərkəz olan Altay onların mədəni sərvətlərini cəmləşdirən bir xəzinədir”.

1992-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un (Türk Kültür və Sanat Ortak Yönetimi) türk xalqlarının müştərək maddi və mənəvi mədəniyyət mirasını qorumaq, gələcək nəsillərə çatdırmaq üçün əməkdaşlığı inkişaf etdirmək amalına xidmət etdiyini bildirən diplomat 14 il ərzində TÜRKSOY-a rəhbərlik etdiyin xatırladıb: “Təəssüf ki, siyasətə qarışmayan, sırf mədəni xarakter daşıyan bu təşkilata Rusiyada münasibət birmənalı deyil. Halbuki Avrasiya məkanını türk mədəniyyəti olmadan təsəvvür edilə bilməz”, - deyən P.Bülbüloğlu Altayın heç də təkcə türk xalqları üçün xüsusi əhəmiyyət daşımadığını, Altay dil ailəsinə türk dillərilə yanaşı, monqol, Tunqus – Mancur, Koreya, yapon-Rükü dillərinin də daxil olduğunu xatırladıb.

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası, həmvətənlərlə əlaqələr komitəsinin üzvü İvan Belekov da Altay diyarında Azərbaycanın ümummillin lideri Heydər Əliyevin bu gün də ehtiramla xatırlandığını qeyd edib.

Dövlət Dumasının Millətlərin işləri komitəsinin sədri İldar Gilmüddinov isə hazırda Rusiya Türk Xalqları Assosiasiyası adlı qurumun yaradılması barədə müzakirə aparıldığını diqqətə çatdırıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi