Polad Bülbüloğlu: "1918-ci ildə azərbaycanlıların soyqırımı xatırlanmalıdır ki, belə hadisələr təkrarlanmasın"

Polad Bülbüloğlu: "1918-ci ildə azərbaycanlıların soyqırımı xatırlanmalıdır ki, belə hadisələr təkrarlanmasın" Azərbaycanın Rusiyadakı səfirliyində 31 Mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib
Xarici siyasət
30 Mart , 2018 12:14
Polad Bülbüloğlu: 1918-ci ildə azərbaycanlıların soyqırımı xatırlanmalıdır ki, belə hadisələr təkrarlanmasın
Report

Moskva. 30 mart. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfirliyində ermənilərin 1918-ci ilin martında  azərbaycanlılara qarşı törətdiyi soyqırımın 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, xalqımıza qarşı dəfələrlə törədilən soyqırım dünya ictimaiyyəti tərəfindən hələ də lazımi siyasi-hüquqi qiymətini almayıb.

"Tarixdə bəzi hadisələri həmişə xatırlamaq lazımdır ki, onlar nəinki həmin xalqın, həm də digər xalqların həyatında təkrarlanmasın. Azərbaycanın müstəqillik əldə etməsi xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı verib", - səfir bildirib.

Onun sözlərinə görə diplomatların, alimlərin, jurnalistlərin və ümumiyyətlə, sadə insanların əsas vəzifəsi Azərbaycan xalqına qarşı törədilən soyqırım haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Tədbir zamanı iştirakçılar Cənubi Qafqazda müsəlman əhalisinin sayını azaltmağı qarşısına məqsəd qoyan erməni "Daşnaksutyun" Partiyasının terror fəaliyyətini xatırladıblar.

Tədbir çərçivəsində Solmaz Taqedinin xarici ölkələrin arxivlərində tapılan şəkillər əsasında hazırladığı fotoalbom nümayiş etdirilib. Bu şəkillər Cənubi Qafqazın taleyinin həll olunduğu Paris Sülh Konfransına göndərilib, amma o vaxt dərc olunmayıb.

Son xəbərlər

Orphus sistemi