"Azərbaycan hökuməti COVID-19-a qarşı peyvəndləmə kampaniyasını uğurla icra edib, ölkə bu məsələdə regionda ən yüksək göstəricilərə malikdir".
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.
O, Avropa İttifaqının pandemiya dövründə Azərbaycana verdiyi dəstəyi də xatırladıb: “Koronavirusa qarşı mübarizə üçün texniki avadanlıq çatdırdıq, 7 mindən artıq həkim üçün təlimlər təşkil etdik. COVAX platforması çərçivəsində Azərbaycana 2 milyon doza peyvənd verildi”.