“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında vasitəçilik rolunu davam etdirir, amma vəziyyət sadə deyil, əlavə səylər tələb olunur”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin qeyd edib ki, tərəflər üçtərəfli sazişlərin bütün müddəalarına alternativ olmadığını başa düşməlidir.