Yuxarı

Pərviz Musayev: "Bəzən əcnəbiləri dəvət edən şirkətlər səhlənkarlıq edirlər və problem yaradırlar"

Miqrasiya Məsələsinə dəyişiklik edilməsi üçün hökumətə təkliflər göndərilib

Bakı. 1 fevral. REPORT. AZ/ "Azərbaycan dünyada yeganə ölkədir ki, iş icazəsi ilə ölkədə yaşayan əcnəbilər rüsum ödəmirlər".

"Report"un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib.

Onun sözlərinə görə, bu rüsumu əcnəbiləri Azərbaycana dəvət edən şirkətlər ödəyir: "Təbii ki, xarici şirkət Azərbaycana yüksək ixtisaslı mütəxəssislər dəvət edirsə, deməli ondan mənfəət əldə edir və ona görə də dövlətə rüsum ödəməlidir. Əcnəbilər Azərbaycanda işləyir və yaşayırlarsa, icazələri bitəndə qanunvericiliyə uyğun olaraq ya ölkəni tərk etməli, ya da iş yaşayış icazələri uzadılmalıdır. Əvvəl bu dərhal edilməli idi. Lakin qanunvericiliyə dəyişiklik edilib və indi 10 gün qalmağa icazə var. Bəzən əcnəbiləri dəvət edən şirkətlər səhlənkarlıq edirlər və iş icazəsinin müddətinin uzadılmasında problem yaradırlar. Həmin şirkətlər də cəzalandırılırlar".

P.Musayev əlavə edib ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb. O bildirib ki, bu yaxınlarda şuranın iclası keçirilib, bir sıra məsələlər müzakirə edilib: "Qanunvercilikdə olan boşluqlarla bağlı əcnəbilər tərəfindən xeyli ərizələr yazılıb. Bu problemlərin həlli ilə bağlı təkliflər paketi hazırlanıb. Onlardan bir hissəsi Miqrasiya Məsələsinə dəyişiklik edilməsini nəzərdə tutur və müvafiq qurumlara göndərilib" .  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi