Perunun media qurumu azərbaycanlı deputatla müsahibəni təqdim edib

Perunun media qurumu azərbaycanlı deputatla müsahibəni təqdim edib Peru Jurnalistləri Federasiyasının rəsmi səhifəsində qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist Rikardo Sançezin Milli Məclisdə Azərbaycan-Peru parlamentlərarası işçi qrupunun sədri, deputat Sahib Alıye
Xarici siyasət
9 Oktyabr , 2021 01:40
Perunun media qurumu azərbaycanlı deputatla müsahibəni təqdim edib

Peru Jurnalistləri Federasiyasının rəsmi səhifəsində qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist Rikardo Sançezin Milli Məclisdə Azərbaycan-Peru parlamentlərarası işçi qrupunun sədri, deputat Sahib Alıyev ilə müsahibəsi əsasında məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, S.Alıyev müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin tarixindən və hazırkı durumundan danışıb, bu xüsusda 2019-cu ildə Perunun Azərbaycandakı diplomatik nümayəndəliyinin fəaliyyətini müvəqqəti dayandırmasının dostluq əlaqələrimizin ruhuna uyğun gəlmədiyini bildirib və yaxın vaxtlarda Peru Konqresindəki Azərbaycanla dostluq qrupu ilə görüşməyi və Bakıdakı səfirliyinin fəaliyyətini bərpa etməsi üçün Peru hökumətinə birgə müraciət edilməsi haqda müzakirələr aparmağı planlaşdırdığını qeyd edib.

Sonra deputat Peru Konqresinin 2013-cü ildə Xocalı soyrımını tanıyan sənəd qəbul etməsinə görə təşəkkürünü ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatının (QH) sədrliyi qismindəki fəaliyyətindən danışan S.Alıyev Perunun da QH çərçivəsində fəallığını artırmasının təşkilatın nüfuzunun möhkəmlənməsi baxımından faydalı ola biləcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi