Peruca Universitetində Azərbaycanın xarici siyasət prioritetlərindən danışılıb

Peruca Universitetində Azərbaycanın xarici siyasət prioritetlərindən danışılıb Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Politoloqlar Klubunun nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri çərçivəsində silsilə tədbirlərə başlanılıb.
Xarici siyasət
28 may 2024 08:29
Peruca Universitetində Azərbaycanın xarici siyasət prioritetlərindən danışılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Politoloqlar Klubunun nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri çərçivəsində silsilə tədbirlərə başlanılıb.

"Report" xəbər verir ki, ilk tədbir "Azərbaycan-İtaliya: Yeni enerji siyasəti və ikitərəfli münasibətlər" mövzusuna həsr edilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın beynəlxalq sistemdə mövqeyi, xarici siyasət prioritetləri və bölgədəki vəziyyətlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.

"Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri Zaur Məmmədov tədbirin əhəmiyyəti və İtaliya-Azərbaycan münasibətlərindəki reallıqlar haqqında danışıb.

Peruca Universitetinin tədqiqatçı alimləri - Francesco Randazzo, Emilio Cassese, Valentina Chabert və digərləri COP29-un ev sahibi ölkəsi olan Azərbaycanın dünyada artan nüfuzunu və Bakı-Roma əlaqələrindəki müsbət inkişaf dinamikasını qeyd ediblər.

BMTM-in şöbə müdiri Cavid Vəliyev Azərbaycanın Avrasiyada Şərq və Qərb, Şimal və Cənub arasında yerləşən aparıcı dövlətlərdən biri olduğunu, dəyişən geoiqtisadi proseslər fonunda rəsmi Bakının prioritetləri haqqında iştirakçıları məlumatlandırıb. BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev enerji ixracatçısı kimi regional mövqeyini getdikcə gücləndirən Azərbaycanın yeni enerji strategiyasının mahiyyəti barədə danışıb.

Son xəbərlər

Orphus sistemi