Peru Prezidenti İlham Əliyevi təbrik edib

Peru Prezidenti İlham Əliyevi təbrik edib Peru Respublikasının Prezidenti Xose Pedro Kastilyo Terrones Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
26 May , 2022 17:56
Peru Prezidenti İlham Əliyevi təbrik edib

Peru Respublikasının Prezidenti Xose Pedro Kastilyo Terrones Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Peru hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə bir daha məmnunluqla bildirirəm ki, Peru hökuməti xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqdır.

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha ən dərin ehtiramımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi