Peru paytaxtının məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb

Peru paytaxtının məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Xarici siyasət
30 May , 2022 06:51
Peru paytaxtının məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb

Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib.

Həmçinin körpünün üzərində “Azərbaycan - Müstəqillik Günü” yazısı əks olunub.

Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

Son xəbərlər

Orphus sistemi