Yuxarı

​Peru mətbuatında “Formula 1 Azərbaycanda” sərlövhəli məqalə dərc edilib

Məqalədə çoxəsrlik ənənələri və tarixi olan müasir Azərbaycan təsvir edilir

Bakı. 19 iyun. REPORT.AZ/ Perunun ən nüfuzlu “El Peruano" qəzetində Azərbaycanda keçirilən "Formula 1 Avropa Gran pri” yarışlarına həsr edilmiş “Formula 1 Azərbaycanda” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən "Report"a verilən məlumata görə, məqalədə Şərqlə Qərbin sərhədində yerləşən, çoxəsrlik ənənələri, tarixi, təbii sərvətləri, özünəməxsus tarixi abidələri və nəfis mətbəxi olan müasir Azərbaycan təsvir edilir.

Azərbaycan xalqının qonaqpərvərliyi və burada keçirilən müxtəlif beynəlxalq tədbirlərə dünyanın hər yerindən çoxsaylı qonaqların gəlməsindən söz açılır.

Xüsusən 2012-ci ildə Azərbaycanın paytaxtı – dünyanın ən gözəl şəhərlərdən biri olan Bakıda Avroviziya mahnı müsabiqəsinin keçirilməsi və 2015-ci ildə Birinci Avropa Olimpiya oyunlarının baş tutması qeyd olunur.

Məqalədə 17-19 iyunda Azərbaycanın tarixində Bakıda ilk dəfə "Avropa Formula 1 Grand pri" yarışının keçirilməsindən danışılır. Şəhərin gözəl yerləri, o cümlədən qədim İçərişəhərdən söz açılır, onun Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edildiyi bildirilir, geniş prospektlər, futurist binalar, füsunkar dənizkənarı park və Formula 1 peşəkar iştirakçılarının yarışacaqları ideal yollar təsvir edilir. Məqalədə bildirilir ki, yarış halqası 6 km-dir, uzunluğuna görə bu, Belçika Spa trasından sonra ikinci və Formula 1 təqvimində ən uzun küçə yarışıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi