"Peace Corps" Azərbaycanı tərk edir

"Peace Corps" Azərbaycanı tərk edir D.Hoqan: ABŞ və Azərbaycan arasında humanitar sahədə əməkdaşlıq davam edəcək
Xarici siyasət
7 Dekabr , 2014 15:04
Peace Corps Azərbaycanı tərk edir

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın “Peace Corps” (Sülh Korpusu) təşkilatı Azərbaycandaki fəaliyyətini dayandırır.

Bunu "Report"-a açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

Onun sözlərinə görə, Azərbaycan höküməti, respublikada 11 ildir fəaliyyət göstərən “Peace Corps” humanitar təşkilatının bundan sonraki fəaliyyətinə ehtiyac görmədiyini bildirib.

"Biz təbii olaraq təəssüflənirik, ancaq “Peace Corps” təşkilatına 11 il boyunca qapılarını açan Azərbaycan hökümətinə və xalqına minnətdarıq", deyən D.Hoqan, ABŞ ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.

Amerikalı diplomat, humanitar əməkdaşlıq mövzusunu son olaraq ötən həftə Baş nazirinin müavini Əli Həsənovla müzakirə etdiyini misal olaraq xatırladıb, qaçqınlara və məcburi köçkünlərə istiqamətlənən yardımların davam edəcəyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi