Paul Dobre: "Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir"

Paul Dobre: "Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir" Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir.
Xarici siyasət
13 Mart , 2018 14:39
Paul Dobre: Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir
Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycan Qafqazda Rumıniyanın strateji əlaqələr yaratdığı yeganə ölkədir".

"Report" xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, Rumıniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Viktor Paul Dobre ATƏT-in Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycan ilə strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafının nəticəsi olub.

O həmçinin bildirib ki, bu ölkənin karbohidrogenlərinin nəqli məsələsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi