Parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycanda Estoniya səfirliyi açılmasını istəyir

Parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycanda Estoniya səfirliyi açılmasını istəyir Denis Borodiç: "Azərbaycan artıq bu istiqamətdə addım atıb"
Xarici siyasət
15 Fevral , 2017 11:58
Parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycanda Estoniya səfirliyi açılmasını istəyir

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun sədri Denis Borodiç Estoniya dövlət idarəsi naziri Mixail Korba məktub göndərib və ondan Bakıda Estoniya səfirliyinin açılmasını xahiş edib.

"Report" xəbər verir ki, məktubda o, hökumətin Estoniyanın beynəlxalq arenada iştirakını prioritet istiqamət kimi müəyyənləşdirdiyini bildirib. D.Borodiç məktubunun məqsədə nail olunması istiqamətində işlərə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Parlamentari məktubda, həmçinin hər iki tərəfin iqtisadi əlaqələri inkişaf etdirməkdə, ticarəti aktivləşdirməkdə maraqlı olduğunu vurğulayıb: "İKT, nəqliyyat, toxuculuq, ağac emalı və digər sənaye sahələrində potensial var. Ölkələr arasında ticarət cüzidir və Estoniya mallarının ixracına əsaslanır. Bu baxımdan Bakıda səfirlik açmaq lazımdır. Çünki Azərbaycan artıq bu istiqamətdə addım atıb".

Qeyd edək ki, Estoniyanın Bakıda diplomatik nümayəndəliyi var və ona İndrek Kiverik rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi