Yuxarı

Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Gənc Parlamentariyalar Qrupunun üzvləri ilə görüşüb

Parlamentariyalar Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətini xüsusi qeyd ediblər

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin Milli Assambleyasında Gənc Parlamentariyalar Qrupunun üzvləri ilə iqamətgahında nahar yeməyində görüşüb.

Azərbaycanın Pakistandakkı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə, Pakistan Parlamentində Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca, Milli Assambleyanın deputatları Maizə Həmid, Leyla Xan, Məhəmməd Rehan Haşmi, Məhəmməd Salman Xan Bəluc iştirak ediblər.

Görüş zamanı, iki qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirən səfir, Pakistanın Azərbaycana Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyə, Ermənıstanı işğalçı siyasətinə görə tanımadığına görə qarşı tərəfə minnətdarlığını bildirib. Sonra O, ölkəmizdə son illərdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlar, ikitərəfli Azərbaycan-Pakistan münasibətləri haqqında açıqlamalar verib.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar səfirlik tərəfindən keçiriləcək tədbirlər haqqında həmsöhbətlərini məlumatlandıran diplomat, Xocalı Soyqrımı haqqında 2012-ci ilin Fevral ayında Senat tərəfindən qəbul olunmuş qətnaməyə görə bir daha təşəkkürünü bildirmiş və 24 fevral tarixində Pakistanın Preston Universitetində Xocalı soyqırımı mövzusunda keçiriləcək seminara deputatları dəvət edib.

Milli assambleyanın üzvü, Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışmış və Pakistanın daim Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ məsələsində ölkəmizi tam dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğuladı. O, Azərbaycan Parlamentindəkı Azərbaycan-Pakistan parlamentlər arası dostluq qrupu ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması zəruriyyətindən danışmış, gənclərin problemlərinin həllində, iqtisadi əlaqələrin inkişafında birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Deputatlar, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətini xüsusi qeyd edərək, bunun ikitərəfli münasibətlərə müsbət dinamika verən amillərdən olduğunu xüsusi vurğuladılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi