Bakı. 30 mart. REPORT.AZ/ Koreyada keçirilən parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq. Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycanda yaşayan Cənubi Koreya vətəndaşları aprelin 2-3-də səs verə biləcək.
Qeyd edək ki, Cənubi Koreyanın xaricdə yaşayan vətəndaşları arasında respublikanın parlamentinə seçkilər bu gündən başlayıb. Seçkilər aprelin 4-dək 6 gün ərzində keçiriləcək və dünya üzrə113 ölkəni əhatə edəcək. Koreya Respublikasının özündə isə parlament seçkiləri aprelin 13-də başlayacaq.
Hazırda 943 nəfər namizədliyini irəli sürüb. Onların 26%-i hakim "Senuri" partiyasının nümayəndələridir. Namizədlərin 24 faizi ən böyük müxalif qüvvə olan Birləşmiş Demokrat Partiyasının ("Toburo minçjudan") üzvləridir. Xalq Partiyasının payına 18%, Ədalət Partiyasına isə 5% düşür. Namizədlərin 10 faizi 24 kiçik partiyaların nümayəndələridir. 14,5% namizəd isə heç bir siyasi təşkilatın üzvü deyil.
Qeyd edək ki, Koreya Respublikasının Milli Məclisi 300 deputatı olan birpalatalı qanunvericilik orqanıdır.