Parisdə Xocalı soyqırımına həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb - FOTO - VİDEO

Parisdə Xocalı soyqırımına həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb - FOTO - VİDEO Mərasimdə Azərbaycan və Fransanın bir sıra rəsmi şəxsləri iştirak ediblər
Xarici siyasət
17 Mart , 2017 03:07
Parisdə Xocalı soyqırımına həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb - FOTO - VİDEO
"Foto: "Report"

Bakı. 17 mart. REPORT.AZ/ Parisdə Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş təsviri incəsənət müsabiqəsinin qaliblərinə mükafatların təqdimatı mərasimi keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, mərasim Fransa Senatında, Fransa-Qafqaz dostluq qrupunun rəhbəri, senator Andre Reişardtın himayəsi altında təşkil edilib.

Tədbirdə Fransanın rəsmi şəxsləri, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycanın Dostları Təşkilatının, Paris Azərbaycan Evinin nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə Xocalı soyqırımına həsr edilmiş coxlu sayda rəsm əsəri iştirakçılara təqdim edilib.

Mərasimdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov incəsənət nümayəndələri arasında yaradılan qarşılıqlı münasibətlərin xalqlar arasında inam yaratmağa xidmət etdiyini söyləyib və müsabiqə iştirakçılarını təbrik edib. Səfir həmçinin bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll edilməsi naminə respublikamızla əlbir fəaliyyət göstərmək niyyətində olduğunu dəfələrlə etiraf edib.

Senator Andre Reişardt müsabiqə iştirakçılarını təbrik edərək, Xocalı soyqırımına həsr edilmiş tədbirlərin böyük əhəmiyyətini vurğulayıb.

Müsabiqə iştirakçılarını təbrik edənlər icərisində Fransanın yazıçı və jurnalisti Jan Pier Allali də var idi. P. Allali müsabiqənin digərlərindən fərqləndiyini, əsərlərə ruh verən rəssamların bir daha dəhşətli faciəni yaşamaq məcburiyyətində olduqlarını söyləyib. O, qeyd edib ki, Xocalı faciəsini yada salıb xatırlamamaq bu faciəni təkrarlamağa bərabərdir. Yazıçı çıxışının sonunda müsabiqə iştirakçılarını təbrik edib.

Müsabiqənin qalibləri arasında birinci yerə «Azadlıq» rəsm əsəri ilə Vüqar Quliyev, «Xocalı» rəsm əsəri ilə ikinci yerə Mehri Quliyeva və «İnsan simasının itirilməsi» abidəsi ilə üçüncü yerə Andrey Turtuşnikov layiq görülüb.

Tədbirdə çıxış edən qaliblər yaratdıqları sənət əsərləri haqqında iştirakçılara ətraflı məlumat veriblər və məhz Xocalı mözusunda keçirilmiş müsabiqənin qalibi olduqlarından şərəf hissi duyduqlarını vurğulayıblar.

Qeyd edək ki, münsiflər heyətinin üzvləri, yazıçı-jurnalist Jan Pier Allali və rəssam Əsmər Nərimanbəyova olub.

Son xəbərlər

Orphus sistemi