Paris. 27 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə
“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, konsert Azərbaycan Respublikasının Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisin "San-Eustache" kilsəsində keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, fransalı siyasətçilər, iş adamları, mədəniyyət və incəsənət sahibləri və digər şəxslər iştirak ediblər.
Tədbirə Azərbaycan himni ilə start verilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Xocalı faciəsi, qurbanları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir ermənilərin azərbaycanlılara qarşı törətdikləri təcavüz aktları və digər reallıqlar ilə qonaqları məlumatlandırıb. Səfir bildirib ki, ermənilər Xocalı soyqırımı haqqında reallıqların dünyada yayılmasına mane olmağa çalışırlar ki, bir qədər əvvəl bu tədbirin keçirilməsinə maneçilik edən erməni təxribatçılarının bu hərəkəti bunu bir daha sübur edir.
Pianoda Etibar Əsədlinin, kamançada İmamyar Həsənovun ifasında Azərbaycan musiqisi səsləndirilib, Xocalı qurbanlarının xatirəsi yad edilib.



