Parisdə Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib

Parisdə Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib Paris. 13 dekabr. REPORT.AZ/ Paris şəhərində Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib.
Xarici siyasət
1259
13 Dekabr , 2018 02:27
Parisdə Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib

Paris. 13 dekabr. REPORT.AZ/ Paris şəhərində Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib.

“Report“un Qərbi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə səfir Rəhman Mustafayev, daimi nümayəndə Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, Azərbaycan əsilli fransalı akyor və rejissor Robert Hossein və digər şəxslər iştirak ediblər.

Anım mərasimində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən səfir Rəhman Mustafayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, türk dünyasının böyük oğlu Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı, həyat və fəaliyyətindən danışıb.

Tədbirin bədii hissəsində gənc musiqiçilərimiz Vurğun Vəkilov pianoda və Ağarahim Quliyev fleytada ifa ediblər.

Bundan əvvəl Küveyt və İtaliyada Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi