Paris Azərbaycan Evi Fransa xalqına ermənilərin son təxribatını ifşa edən bəyannamə ünvanlayıb

Paris Azərbaycan Evi Fransa xalqına ermənilərin son təxribatını ifşa edən bəyannamə ünvanlayıb Bəyannamədə Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olduğu bildirilir
Xarici siyasət
6 İyul , 2017 09:01
Paris Azərbaycan Evi Fransa xalqına ermənilərin son təxribatını ifşa edən bəyannamə ünvanlayıb

Paris. 6 iyul. REPORT.AZ/ Paris Azərbaycan Evi Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alıxanlı kəndində iki nəfərin, o cümlədən 2 yaşlı körpənin ölümü ilə nəticələnən hərbi təxribatını qətiyyətlə pisləyən bəyanat yayıb.

"Report"un Fransa bürosunun verdiyi məlumata görə, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyevanın adından fransız xalqına ünvanlanmış bəyanatda bildirilir ki, 1988-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Dağlıq Qarabağ və həmçinin əhalisi yalnız azərbaycanlılardan ibarət olan 7 ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

"1 milyondan çox azərbaycanlı qaçqın düşüb, 20 min azərbaycanlı isə öldürülüb. Erməni təcavüzünə və erməni həbs düşərgələrində işgəncələrə məruz qalmış 4 min azərbaycanlının taleyi isə naməlum qalıb. Ermənistan Azərbaycana qarşı törətdiyi işğalçı siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ona ünvanlaanan çağırış və qətnamələrə məhəl qoymamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı Azərbaycan torpaqlarının azad edilməsini tələb edən qətnamələri hələ də cavabsız qalıb", - deyə bəyanatda qeyd olunub.

Bəyannamədə Azərbaycan qaçqınlarının öz yurd-yuvalarına dönmək arzusunda olduqları vurğulanıb və Paris Azərbaycan Evi bütün Azərbaycan ictimaiyyəti adından ATƏT-in Mink qrupuna həmsədr ölkə kimi Fransanın erməni işğalına son qoyması və Azərbaycanın ərazi bütövüyünün bərpa edilməsi üçün tədbirlər görməsini xahiş edilir.

Son xəbərlər

Orphus sistemi