Pan Gi Mun: "Suverenlik beynəlxalq qaydaların əsasını təşkil edən vacib tərkib hissə olaraq qalır"

Pan Gi Mun: "Suverenlik beynəlxalq qaydaların əsasını təşkil edən vacib tərkib hissə olaraq qalır" BMT baş katibi Təhlükəsizlik Şurasının iclasında çıxış edib
Xarici siyasət
24 Fevral , 2015 11:14
Pan Gi Mun: Suverenlik beynəlxalq qaydaların əsasını təşkil edən vacib tərkib hissə olaraq qalır

Bakı. 24 fevral. REPORT.AZ/ "Soyqırım hallarına və silahlı münaqişələrin dəfələrlə alovlanmasına baxmayaraq, BMT bir təşkilat olaraq mövcud olmasaydı, son yetmiş ildə daha da  çox qanlar axardı". "Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi: tarixin dərsləri, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə bağlılığın təsdiqi" mövzusunda keçirilən iclasında bildirib. 

Baş katib qeyd edib ki, BMT Nizamnaməsinin müddəaları qüvvədədir, kollektiv təhlükəsizliyin təmini isə Təşkilatın əsas məqsədi olaraq qalır. 

"Öz 70 illiyini BMT qazanılan nailiyyətlər, gündəliyində duran çoxsaylı problemlər və yeni böyük imkanlar fonunda qeyd edir", - Pan Gi Mun bildirib. O xatırladıb ki, BMT yeni dünya müharibəsinin qarşısının alınması məqsədilə təsis olunub və təşkilat bu məqsədə nail olub.

Baş katib əlavə edib ki, qabaqlayıcı diplomatiya, vasitəçilik və sülhməramlı fəaliyyət mexanizmlərindən istifadə edərək, BMT sülhün təmin olunması və böhranların münaqişələrə keçməsinin qarşısının alınmasında müəyyən uğurlar əldə edib. "Münaqişələrin qarşısının alınmasında əsas məsuliyyət üzv dövlətlərin üzərinə düşür. Bu barədə BMT Nizamnaməsində aydın qeyd olunub", - Pan Gi Mun vurğulayıb. 

O qeyd  edib ki, Təşkilatın fəaliyyəti onun bütün üzvlərinin suveren hüquq və bərabərliyinə hörmətlə yanaşılmasına əsaslanır. Bu prinsip öz əksini təşkilatın Nizamnaməsində də tapıb və qurumun fəaliyyətinin əsasını təşkil  edən prinsip kimi hamı tərəfindən  qəbul edilir. "Suverenlik beynəlxalq qaydaların əsasını təşkil edən vacib tərkib hissə olaraq qalır", - Pan Gi Mun bildirib. 

Son xəbərlər

Orphus sistemi