Yuxarı

​Pan Gi Mun erməni diplomata BMT-də vəzifə verib

Monses Abelyan 1998-2003-cü illərdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olub

Bakı. 27 yanvar. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Gürcüstan vətəndaşı olan erməni əsilli Movses Abelyanı Konfrans İdarəsi və Baş Assambleya departamenti baş katibinin assistenti vəzifəsinə təyin edib.

"Report"un BMT-yə istinadən verdiyi xəbərə görə, o bu vəzifədə Qayananın nümayəndəsi Ketrin Pollardı əvəzləyəcək.

Məlumata görə, M.Abelyan 1998-2003-cü illərdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi