Pakistanlı dosent: "Tələbələrimə ermənilərin cinayətləri barədə məlumat verəcəm"

Pakistanlı dosent: "Tələbələrimə ermənilərin cinayətləri barədə məlumat verəcəm" "Mən 3 aydır Azərbaycandayam. Ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərin yaşandığı bu ərazilərdə gördüklərim dəhşətdir. Ermənilər qadağan olunmuş silahlardan istifadə edərək bu cinayəti törədib. Mən tələbələrimə beynəlxalq təşkilatlar
Xarici siyasət
7 Noyabr , 2021 12:06
Pakistanlı dosent: Tələbələrimə ermənilərin cinayətləri barədə məlumat verəcəm

"Mən 3 aydır Azərbaycandayam. Ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərin yaşandığı bu ərazilərdə gördüklərim dəhşətdir. Ermənilər qadağan olunmuş silahlardan istifadə edərək bu cinayəti törədib. Mən tələbələrimə beynəlxalq təşkilatlar tərəfindən qadağan olunmuş silahlardan istifadə edən ermənilərin törətdiyi terror barədə məlumatlar verəcəm”.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu sözləri Gəncədə səfərdə olan Pakistanın Sargodha Universitetin dosenti Aşfaq Əhməd bildirib.

Şuşa şəhərində də olmuşam. Yol boyu ermənilərin dağıtdığı evləri görüb, orada törədilən vəhşiliklər barədə məlumatlar almışam. Gəncə şəhərində də bu cür vəhşiliyi törədilən bir ölkə qınaq obyektinə çevrilməlidir. Hansı ölkə beynəlxalq qaydalara riayət etmirsə, qadağan edilmiş raketlərdən, silahlardan istifadə edib qırğınlar törədibsə həmin ölkənin beynəlxalq təşkilatlardan nəsə istəməyə haqqı yoxdur. Onlar bu hüquqdan məhrum edilməlidir. Beynəlxalq qaydalarda qadağan olunan silahlar müharibə dövründə həm də mülki əhaliyə qarşı istifadə etmək böyük cinayətdir", - deyə Aşfaq Əhməd bildirib.

Son xəbərlər

Orphus sistemi