Bakı. 24 iyul. REPORT.AZ/ Pakistanın ticarət naziri Məhəmməd Yunus Daqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Pakistanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nümayəndə heyəti iyulun 26-də Azərbaycana gələcək.
Səfər zamanı bir sıra rəsmi şəxslərlə görüşlər keçiriləcək. Tərəflər iki ölkə arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi yollarını müzakirə edəcəklər.