Pakistanın Milli Mühəndis və Elm Komissiyasının sədri Azərbaycanda səfərdədir

Pakistanın Milli Mühəndis və Elm Komissiyasının sədri Azərbaycanda səfərdədir Nümayəndə heyəti Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin rəhbərliyi ilə görüşlər keçirəcək
Xarici siyasət
24 Avqust , 2015 13:17
Pakistanın Milli Mühəndis və Elm Komissiyasının sədri Azərbaycanda səfərdədir

Bakı. 24 avqust. REPORT.AZ/ Pakistanın Milli Mühəndis və Elm Komissiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Komissiyanın sədri Məhəmməd İrfan Berni başçılıq edir.

Nümayəndə heyəti Bakıda Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi