Pakistanın Baş naziri Azərbaycan liderini təbrik edib

Pakistanın Baş naziri Azərbaycan liderini təbrik edib Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 May , 2022 19:53
Pakistanın Baş naziri Azərbaycan liderini təbrik edib
İlham Əliyev

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Pakistan xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Ötən 30 il ərzində iki xalq arasında dostluq və qardaşlıq münasibətləri daha da güclənib. Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, ikitərəfli əməkdaşlıqdakı qarşılıqlı maraqlar və sabit dinamika növbəti illərdə daha da inkişaf edəcək.

Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi