Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə ölkənin dövlət himninin müşayiəti ilə bayraq qaldırılıb.
"Report" xəbər verir ki, bu gün Pakistanın müstəqilliyinin 76-cı ildönümü qeyd edilir.
"Bu gün biz Pakistanın Müstəqillik Gününü qeyd edirik. Bizim üçün vacib olan bu gündə bütün liderlərimizi, yaşlı nəsli və azad Pakistan yolunda canlarını fəda edənləri yad edirik", - Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Səfirin sözlərinə görə, bu gün Pakistanın çiçəklənməsi və güclü dövlətin inkişafı gənc nəslin əlindədir: “Biz birgə olduqda bütün maneələri dəf edə biləcəyik”.
B.Haye qeyd edib ki, Azərbaycanın Pakistanla müstəsna tərəfdaşlığı var: "Azərbaycanla əməkdaşlıq, xüsusən də hərbi və biznes sahəsində daha da genişlənir. Azərbaycandan Pakistana və əks istiqamətdə birbaşa uçuşların açılması ilə turizm sahəsində tərəfdaşlıq daha da dərinləşib".
https://images.report.az/photo/95d8acba-1bfa-3f97-a532-14d1e3828ee8.jpg