Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Daxili İşlər naziri İjaz Əhməd Şah ilə görüşüb.
Səfirlikdən "Report"a bildirilib ki, görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, hər iki ölkənin daxili işlər nazirlikləri və miqrasiya orqanları arasında mövcud olan əməkdaşlığın qarşılıqlı əlaqələrə öz töhfəsini verdiyi bildirilib.
Nazir İjaz Əhməd Şah Azərbaycanın yaxın dost və qardaş ölkə kimi daim müxtəlif məsələlərdə Pakistanla həmrəylik nümayiş etdirdiyini vurğulayaraq təşəkkürlərini çatdırıb, Pakistan