Pakistanda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar konfrans təşkil olunub

Pakistanda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar konfrans təşkil olunub Konfransda Pakistan baş nazirin məktubu oxunulub
Xarici siyasət
1 Dekabr , 2016 19:12
Pakistanda Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar konfrans təşkil olunub

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində “Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü, Azərbaycan-Pakistan münasibətləri” mövzusunda konfrans keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, konfransda əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, sonra “Azərbaycan müstəqilliyinin bərpasının 25 ili ərzində” adlı təqdimat keçirilib.

Konfransda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik edtiyi dövrlərdə və ondan sonrakı illərdə ölkənin əldə etdiyi uğurlar,Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Səfir Azərbaycanın cəlbedici tarixi və turizm məkanlarına, istirahət obyektlərinə malik olduğunu qeyd etmiş, eyni zamanda Pakistanla qarşılıqlı iqtisadi əməkdaşlığın artırılması yönündə görülən işləri də vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətindən və təxribatlarından, Azərbaycan ərazilərini işğal etməsindənməlumat verən səfir Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə, Azərbaycanın yanında olduğuna görə təşəkkür edib, eyni zamanda Azərbaycanın da Pakistanıtam dəstəklədiyini, Kəşmir məsələsinin BMT-nin qəbul edilmiş qətnamələri əsasında tezliklə həllini istədiyini qeyd edib.

Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibəti ilə Pakistan baş nazirinin təbriklərini çatdıran bu ölkənin ticarət naziri Xürrəm Dastgir Khan çıxışında Azərbaycanla Pakistanın siyasi əlaqələrinin yüksək səviyyəsinə, xalqlar arasında mövcud olan mədəni, tarixi, mənəvi yaxınlığa nəzər saldıqda, iqtisadi münasibətlərin böyük potensialı olduğunu, hər iki tərəfin birgə səyi ilə ticarətin, investisiyanın qoyulmasının daha da asanlaşdırılması və daha da artırılması yönündə işlərin görülməsinin zəruriliyini vurğulayıb.

Nazir həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi işlərə görə təşəkkür edib, Pakistanın Azərbaycanın strateji iqtisadi tərəfdaşı da olmaq istədiyini nəzərə çatdırıb. O, Azərbaycan-Pakistan dostluğunun yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

Rəsmi hissənin başa çatmasından sonra Azərbaycanın sosial-iqtisadi inkişafına, turizmi və mədəniyyətinə dair müxtəlif videoçarxlar nümayiş olunub, iştirakçılara Azərbaycanla bağlı əyani materiallar təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi