Pakistan yeməkləri ilə bağlı müsabiqəyə yekun vuruldu

Pakistan yeməkləri ilə bağlı müsabiqəyə yekun vuruldu 14 avqust Pakistan Milli Günü münasibətilə Bakıda Pakistan Yeməkləri Həftəsi keçirilib.
Xarici siyasət
501
27 Avqust , 2020 18:49
Pakistan yeməkləri ilə bağlı müsabiqəyə yekun vuruldu

14 avqust - Pakistan Milli Günü münasibətilə Bakıda Pakistan Yeməkləri Həftəsi keçirilib.

“Report” xəbər verir ki, Pakistan səfirliyi ilə birgə "Turizm və Milli Yeməklərə Dəstək" İctimai Birliyi tərəfindən təşkil olunan müsabiqədə 140 nəfər iştirakçı arasından 16 qalib seçilib.

Tədbirdə nitq söyləyən Pakistanın müvəqqəti işlər vəkili Navid Anjum iki ölkə arasında möhkəm mədəni tellər olduğunu qeyd edib:

“Ölkələrimizin milli yeməkləri arasında da oxşarlıq var. Pakistan mədəniyyətinə, milli yeməklərinə maraq göstərən bütün müsabiqə iştirakçılarına təşəkkür edirəm”.

Son xəbərlər

Orphus sistemi