Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri görüşüb

Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri görüşüb Pakistanın və Türkiyənin Azərbaycandakı səfirləri Bilal Haye və Cahit Bağçı arasında görüş baş tutub
Xarici siyasət
25 İyun , 2021 11:15
Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri görüşüb
Cahit Bağçı və Bilal Haye

Pakistan və Türkiyənin Azərbaycandakı səfirləri Bilal Haye Cahit Bağçı arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bunu pakistanlı diplomat tvitterdə yazıb.

Görüş Pakistan səfirliyində keçirilib.

“Pakistan və Türkiyə arasındakı mükəmməl ikitərəfli əlaqələri və qardaş Azərbaycanla üçtərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik”, - B.Haye bildirib.

Xatırladaq ki, Azərbaycan bir qədər əvvəl Azərbaycan-Pakistan-Türkiyə parlamentlərarası üçtərəfli əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Pakistan Milli Yığıncağının spikeri Əsəd Kəysər Milli Məclisin spikeri Sahibə Qafarova ilə telefon danışığı zamanı bu təşəbbüsünü alqışladığını və bunu qardaş ölkələrin sıx və səmimi parlamentarası əlaqələri baxımından yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi