Pakistan və Azərbaycanın hərbi hava qüvvələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Pakistan və Azərbaycanın hərbi hava qüvvələri arasında əməkdaşlıq imkanları müzakirə olunub Azərbaycanın Pakistandakı səfiri bu ölkənin HHQ komandanı ilə görüşüb
Xarici siyasət
2 Avqust , 2016 22:07
Pakistan və Azərbaycanın hərbi hava qüvvələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə iki ölkənin hərbi hava qüvvələri arasında əməkdaşlığın davamı və perspektivləri, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ermənistanın son təxribatları, Azərbaycanın işğal olunmuş qədim torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlarda erməni hərbi birləşmələri tərəfindən törədilən vəhşiliklər haqqında məlumat verən səfir, Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.

Sohail Aman Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd edib, Pakistanın müdafiə sənayesi müəssisələrinin yeni istehsal imkanları haqqında məlumat verərək, Pakistan Hərbi Hava Qüvvələrinin bu sahədə də Azərbaycanla səmərəli əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi