Pakistan Senatı separatçıların Dağlıq Qarabağda planlaşdırdığı saxta “seçkiləri” pisləyən bəyanat yayıb

Pakistan Senatı separatçıların Dağlıq Qarabağda planlaşdırdığı saxta “seçkiləri” pisləyən bəyanat yayıb Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir
Xarici siyasət
30 Mart , 2015 10:55
Pakistan Senatı separatçıların Dağlıq Qarabağda planlaşdırdığı saxta “seçkiləri” pisləyən bəyanat yayıb

Bakı. 30 mart. REPORT.AZ/ Pakistan Senatının müdafiə komitəsi Azərbaycan ilə Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və ermənilərin saxta “seçkilərini” pisləyən bəyanat yayıb.

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, bəyanatda komitə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mayın 3-də separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri qəti şəkildə pisləndiyi bildirilib.

Bəyanatda o da qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir.

Sənəddə, eyni zamanda vurğulanıb ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal olunmuş ərazilərdən olan Azərbaycanlılar ilə həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi