Pakistan səfiri: "Qarabağ və Kəşmir problemi ədalət tələb edən məsələdir"

Pakistan səfiri: "Qarabağ və Kəşmir problemi ədalət tələb edən məsələdir" "Pakistan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir"
Xarici siyasət
18 Fevral , 2015 15:38
Pakistan səfiri: Qarabağ və Kəşmir problemi ədalət tələb edən məsələdir

Bakı. 18 fevral. REPORT.AZ/ "Pakistan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir". Bu barədə "Report"a müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bildirib. 

Səfir xatırladıb ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkə olub: "İlk olaraq Türkiyə, daha sonra Rumıniya müstəqilliyinizi  tanıyıb, biz Rumıniyadan 2 saat gecikdik, buna görə də üçüncü olduq. Maraqlısı odur ki, müstəqilliyin elan olunduğu vaxt o zamanlar da bu vəzifədə çalışan hazırkı baş nazir Nəvaz Şərifin təyyarəsi Azərbaycanın hava məkanı üzərindən keçirdi".

X.U.Qayser bildirib ki, Azərbaycan və Pakistan arasında möhkəm əlaqələrin əsasını ümummilli lider Heydər Əliyev qoyub. "1996-cı ildə H.Əliyev Pakistana səfər edib. Burada o, Dağlıq Qarabağ haqqında məlumat verib. Eyni zamanda, ona Kəşmirdəki vəziyyət barədə də məlumat verilib. 

Diplomat vurğulayıb ki, "Dağlıq Qarabağ - Azərbaycanın Ermənistan tərəfindən işğal olunan tarixi ərazisidir. Kəşmir isə Pakistanın bir hissəsi olmayıb. Hindistan və Pakistan iki ölkə kimi ayrılan zaman induslar Hindistana keçib, müsəlmanlar Pakistanda qalıb. Kəşmir ştatı əhalisinin 90%-ni müsəlmanlar təşkil edib, lakin indus hökmdar Hindistanda qalmaq istəyib, əhali isə Pakistanın tərkibinə daxil olmaq istəyirdi. Qarabağ və Kəşmir problemi ədalət tələb edən məsələdir".

Son xəbərlər

Orphus sistemi