Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir”

Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir” Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin işğalı gününə həsr olunmuş tədbir keçirilib.
Xarici siyasət
1307
27 Oktyabr , 2020 13:22
Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir”
Bilal Hai

Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin işğalı gününə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbiri açan Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Cammu və Kəşmirdəki münaqişələrin 70 ildən çoxdur davam etdiyini bildirib.

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişə üzrə də icra edilmir. Bu, çox təhlükəli münaqişədir. Pakistan və Hindistan nüvə silahlarına malik gücləridir və açıq münaqişə bölgədə böyük dağıntılara gətirib çıxara bilər. Bu səbəbdən münaqişənin BMT qətnamələrinə əsaslanaraq sülh yolu ilə həllinə üstünlük veririk”, - o deyib.

Səfir həmçinin Hindistanın Kəşmirin demoqrafik mənzərəsini tamamilə dəyişdirməyə çalışdığını da vurğulayıb. Onun sözlərinə görə, Kəşmirdə yerli müsəlman əhalinin hüquqları kobud şəkildə pozulur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Azərbaycan da torpaqlarının işğal edilməsindən əziyyət çəkir və hazırda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğal altındakı əraziləri azad edir.

“Son hadisələr kimin dostumuz olduğunu göstərdi. Onların arasında Pakistan xalqı da var. Azərbaycana hər cür dəstək ifadə edildi. Ölkələrimiz arasında çox geniş əməkdaşlıq qurulub”, - o söyləyib.

S.Əliyevanın sözlərinə görə, Ermənistan Azərbaycanın mülki əhalisinə raket zərbələri endirərək təcavüzkar siyasətini davam etdirir: “Bir aydır davam edən döyüş əməliyyatları zamanı 10 uşaq həlak olub, 32 uşaq yaralanıb, bir neçə uşaq hər iki valideynini itirib. Təəssüf ki, dünya bu vəhşiliklərə göz yumur”, - ombudsman vurğulayıb.

Son xəbərlər

Orphus sistemi