Pakistan səfiri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

Pakistan səfiri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir “Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracaq sülh müqaviləsi tezliklə imzalanacaq”.
Xarici siyasət
24 iyun 2023 07:44
Pakistan səfiri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

“Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracaq sülh müqaviləsi tezliklə imzalanacaq”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tviter səhifəsində yazıb.

“Bu, Azərbaycan və Ermənistan arasında sülh körpüsü ola bilərmi?”, -diplomat Həkəri körpüsü barədə bildirib.

O əlavə edib ki, hazırda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçında səfərdədirlər.

Xatırladaq ki, bu gün xarici diplomatlar və hərbi attaşelər “Laçın” sərhəd buraxılış məntəqəsində olublar.

Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi