Səfir: "Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün layihələri dəstəkləyirik"

Səfir: "Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün layihələri dəstəkləyirik" "Azərbaycan "Şimal-Cənub" layihəsini həyata keçirməklə istənilən istiqamətdə yük çıxara biləcək"
Xarici siyasət
6 Fevral , 2017 16:50
Səfir: Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün layihələri dəstəkləyirik

Bakı. 6 fevral. REPORT.AZ/ "Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün layihələri dəstəkləyirik".

"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Səid Xan Mohmand ölkəsinin "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinə göstərdiyi maraqla bağlı danışarkən söyləyib.

O, bu layihənin rolunu yüksək qiymətləndirib, layihənin Pakistan və Hindistan arasındakı nəqliyyat dəhlizi ilə əlaqəli olacağı təqdirdə Azərbaycanın istənilən istiqamətdə yük çıxara biləcəyini bildirib.

Azərbaycanın inkişafında "Şimal-Cənub" layihəsinin rolunu vurğulayan S.X.Mohmand Azərbaycanın inkişafını Pakistanın inkişafı kimi qəbul etdiyini vurğulayıb.