Pakistan rəsmisi Azərbaycanla hava əlaqələrinin bərpasının əhəmiyyətindən danışıb

Pakistan rəsmisi Azərbaycanla hava əlaqələrinin bərpasının əhəmiyyətindən danışıb Səfir Əli Əlizadə Pakistan prezidentinin katibi Şahid Xan ilə görüşüb
Xarici siyasət
30 Dekabr , 2016 19:09
Pakistan rəsmisi Azərbaycanla hava əlaqələrinin bərpasının əhəmiyyətindən danışıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidentinin mətbuat katibi Şahid Xan ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Azərbaycan və Pakistan xalqları arasında mövcud olan mədəni, dini bağlılıqlar, mənəvi dəyərləri qeyd edib, hər iki ölkənin bütün məsələlərdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində biri-birini dəstəklədiyini bildirib.

Səfir İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi və Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qruplarına hər iki ölkənin qarşılıqlı olaraq qoşulmasının səmimi qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu vurğulayıb, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Ə.Əlizadə həyata keçirilən qarşılıqlı səfərlərdən sonra ümumilikdə əlaqələrin daha da canlandığını qeyd edərək, növbəti il ərzində də bir çox qarşılıqlı səfərlərin və birgə layihələrin baş tutacağını bildirib.

Şahid Xan hər iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu bildirərək, Pakistan Prezidentinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edib, Azərbaycanı da əhatə edən İpək Yolunun bərpasının Azərbaycan və Mərkəzi Asiya ölkələrin əhəmiyyətini daha da artıracağını söyləyib, Azərbaycanla Pakistan arasında birbaşa hava reyslərinin bərpa edilməsinin bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi